Инструкция по эксплуатации АТЛАНТ ХТ 1001 приложение

Страница 12

Advertising
background image

12

AZE

Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является

Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является

Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является

Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является

Əgər kamerada əvvəl verilmiş temperatura qayıtmaq lazımdırsa (yeni

qiyməti yadda saxlamadan) və ya düyməsinə qısa müddət ərzində

basıb saxlamaq və ya rəqəmli indikatorda cari temperatur göstəricilərinin

bərpa edilməsi üçün 10 saniyə gözləmək lazımdır.

DİQQƏT! Rəqəmli indikatorda nasazlıqla bağlı olan “Е1” işarəsi

yana bilər.

2.4 SOYUDUCU KAMERADA AVTOMATİK ƏRİMƏ SİSTEMİ

2.4.1 Soyuducu kamerada avtomatik ərimə sistemi istifadə olunur.

Soyuducu kameranın arxa divarinda yaranan qırov dövri işləyən kompressor

söndükdən sonra əriyir və su damcılarına çevrilir. Ərimiş qar suyu damcıları

ondakı deşik vasitəsilə nova axir və A 7 şəkilinə uyğun olaraq boruya və

kompressorda boruya düşürlər və buxarlanırlar.

Nov sistemin zibillənməsinin qarşısının alınması üçün nov dəliyinə

şotka quraşdırılıb.

2.4.2 Novun təmizliyini müntəzəm izləmək və novda suyun olmamasını

yoxlamaq (ən azı 3 ayda 1 dəfə) lazımdır.

Novda suyun mövcudluğu axma sistemin zibillənməsini göstərir.

Zibilləmənin aradan qaldırılması üçün şotka ilə novdakı dəliyi təmizləmək

lazımdır ki, su manesiz boruya axsın, şotkanı yuyun və 6 şəkilinə uyğun

olaraq quraşdırın.

Axma sistemi zibillənmiş soyuducunu istismar etmək

QADAĞANDIR.

Soyuducu kameranın dibində və ya 6 şəkilinə uyğun olaraq ön plankanın

soyuducu kameranın daxili dolabına birləşdiyi yerə düşən su soyuducunun

xarici dolabının korroziyasına səbəb ola bilər, istilik izolyasiyasını poza

bilər, daxili dolabda çat yarada bilər və soyuducunun dolabının sıradan

çıxmasına gətirib çıxara bilər.

2.5.SOYUDUCUNUN TƏMİZLƏNMƏSİ

2.5.1 Soyuducunun təmizlənməsi zamanı nə etmək lazımdır:

— soyuducunu elektrik şəbəkəsindən ayırmaq və onu divardan kənara

çəkmək;

— bütün məhsulları ondan çıxartmaq;

— soyuducunun yumaq və qurulamaq lazımdır.

2.5.2 Tor, kompressor və torun arxasında onun yanında olan hər

şeyi şəkil 7-ə uyğun olaraq ən azı ildə iki dəfə təmizləmək lazımdır.

Torun çıxarılması üçün qayka açarı ilə 4 boltu burub çıxarmaq lazımdır.

Yığışdırdıqdan sonra əks ardıcıllıqla quraşdırmaq lazımdır.

2.5.3 Kondensatoru şəkil 9-a uyğun olaraq tozsoran ilə ən azı ildə iki

dəfə təmizləmək lazımdır.

Paneli çıxarmaq üçün şəkil 8-ə uyğun olaraq onun aşağı hissəsindən

iki əllə tutaraq özünə tərəf çəkmək lazımdır. Yığışdırdıqdan sonra paneli

əks ardıcıllıqla quraşdırmaq və iki əllə mərkəzdən çıqqıltıya qədər sıxaraq

möhkəmləndirmək lazımdır.

2.6 Əgər soyuducunun yenicə bağlanan qapısını açmaq mümkün

deyilsə, bir neçə dəqiqə gözləmək lazımdır ki, kamera daxilindəki təzyiq

çöldəki təzyiqlə bərabərləşsin və qapını açın.

3 T E X N İ K İ X A R A K T E R İ S T İ K A L A R

Məmulatın cədvəlində rus dilində texniki xarakteristikalar göstərilib.

Xarakteristikaların şəkil 10-də göstərilən adlarını məmulatın cədvəlindəki

xarakteristikaların qiymətləri ilə tutuşdurmaq lazımdır.

Şəkil 9

kondensator

panel

Şəkil 8

Şəkil 6

Şəkil 7

nov

boru

kompressor

qab

buxarlandırıcı

şotka

panel

kondensator

dəstək

dayaq (ön)

dayaq (arx)

kameranın

ventilyatoru

ventilyator

künc

daxili dolab

tor

qab

kompressor

Şəkil 10

Nominal giarginlik:
Nominal tok:

Sərf olunan nominal güc:

Soyuducu amili: R134a / Kopurtucu:

C-Pentane

Soyuducu amilin kütləsi:

Modelin və

buraxılış çeşidininin

işarələnməsi

Normativ sənəd

Məmulun klimatik

sinifi

Sertifikatlama

işarələri

Belarus Respublikasında istehsal edilib.
”ATLANT” QSC, Pobediteley pr., 61, Minsk ş.

ATLANT

Advertising
Эта инструкция подходит к следующим моделям: