Инструкция по эксплуатации АТЛАНТ ММ 184

Страница 15

Advertising
background image

15

AZE

Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является

Şәkil 1

dirәk

Şәkil 4

arxa dayaq

vint

Şәkil 3

Şәkil 2

lövhәcik

arxa dayaq

vә maddәlәrin (pәncәrә pәrdәsi, lak, boya vә s.) bilavasitә

yaxınlığında quraşdırmayın.

Dondurucunu mebelin içәrisinә quraşdırmaq, elәcә dә arxa

dayaqların otağın divarı ilә dondurucunun arxa divarı arasında әmәlә

gәtirdiyi aranı bağlamaq

QADAĞANDIR.

Dondurucunun üstündә vә yan tәrәflәrindәn boş yer olmadıqda

dondurucunu divar oyuğuna quraşdırmaq

QADAĞANDIR (bax 3.2).

DİQQƏT! Dondurucunu metal әl-üz yuyanlar, su kәmәri,

istilik, kanalizasiya vә qaz tәchizatı boruları, elәcә dә metal

torpaqlanmış kommunikasiyalarla tәmasda quraşdırmaq

qadağandır.

Elektrik vә yanğın tәhlükәsizliyi üçün aşağıda sayılanlar

QADAĞANDIR:

– dondurucunun cәrәyan yüklәmәlәrindәn müdafiәsini nasaz

olan elektrik şәbәkәsinә qoşmaq. Elektrik şәbәkәsi 10 А cәrәyanına

hesablanmış müdafiә qurğusuna malik olmalıdır;

– dondurucunun elektrik şәbәkәsinә qoşulması üçün birlәşdiricilәr,

çoxyerli (iki vә ya daha çox qoşulma yeri olan) rozetkalar vә uzadıcı

şnurlar istifadә etmәk;

– yaş әllә elektrik çәngәlinin taxilması, çıxarılması;

– elektrik telindәn tutaraq dondurucunun şәbәkәdәn ayrılması;

– dondurucuda partlama tәhlükәsi olan vә partlayıcı maddәlәr,

hәmçinin tez alışan plopellentli aerozol balonlarının saxlanması;

– dondurucuda içindә dona bilәcәk maye olan şüşә tutumlarını

saxlamaq;

– dondurucunun üzәrinә başqa elektrik cihazları (mikrodalğalı

soba, toster vә s.), elәcә dә elektrik şәbәkәsinin elementlәrinә suyun

düşmәsinә yol vermәmәk üçün içәrisindә maye olan tutumları, otaq

bitkilәrini qoymaq.

2.7 Dondurucunun tәmiri yalnız servis xidmәtinin ixtisaslı

mexaniki tәrәfindәn aparılmalıdır, çünki ixtisassız yerinә yetirilәn

tәmirdәn sonra mәmulat tәhlükә mәnbәyinә çevrilә bilәr.

2.8 Dondurucunun işindә elektrik şaqqıltı, tüstü vә s. әmәlә

gәlmәsi ilә bağlı nasazlıqlar baş verdikdә dәrhal qida şnurunu

rozetkadan çıxararaq dondurucunu elektrik şәbәkәsindәn ayırmaq

vә servis xidmәtinin mexanikini çağırmaq lazımdır.

Yanğın әmәlә gәldiyi zaman dәrhal dondurucunu elektrik

şәbәkәsindәn ayırmaq, yanğını söndürmәk üçün tәdbirlәr görmәk

vә yanğın xidmәtini çağırmaq lazımdır.

2.9 Dondurucunun xidmәt müddәti 10 ildir.

DİQQƏT! Dondurucunun xidmәt müddәti bitdikdәn sonra

istehsalçı mәmulatın tәhlükәsiz işlәmәsinә görә mәsuliyyәt

daşımır. Sonrakı istismar tәhlükәli ola bilәr, çünki dondurucunun

materiallarının tәbii köhnәlmәsi vә tәrkib hissәlәrinin dağılması

sәbәbindәn elektrik vә yanğın tәhlükәli vәziyyәtlәrin yaranması

ehtimalı xeyli artır.

3 D O N D U R U C U N U N Q U R A Ş D I R I L M A S I

3.1 Dondurucunu bilavasitә günәş şüalarından uzaq yerdә,

qızdırıcı cihazlardan (qaz vә elektrik pilәtәlәrdәn, sobalardan vә

istilik radiatorlarından) әn az 50 sm mәsafәdә quraşdırmaq lazımdır.

3.2 Dondurucunun üzәrindә vә onun yan tәrәflәrindәn havanın

sirkulyasiyası üçün әn az 5 sm boş yer olmalıdır.

DIQQƏT! Dondurucunun gövdәsindә vә ya konstruksiyası

içәrisindә yerlәşmiş olan havalandırma (ventilyasiya) dәliklәrinini

qapatmayın.

Dondurucunun üzәrindәn 5 sm-dәn yaxın olan mәsafәdә hәr

hansı asma avadanlığın yerlәşdirilmәsi

QADAĞANDIR.

3.3 Dondurucunu, tәnzimlәnәn dayaqları Şәkil 1-ә uyğun

olaraq çevirәrәk, döşәmәyә nisbәtәn üfüqi şәkildә qoymaq lazımdır.

Dondurucu dayaqlar vә tәkәrciklәr üzәrindә möhkәm durmalıdır.

Qapının öz-özünә bağlanması üçün dondurucunu, dayaqları

çevirәrәk, arxaya cüzi mailliklә quraşdırmaq tövsiyә olunur.

4 DONDURUCUNUN İSTİSMAR ÜÇÜN HAZIRLANMASI

4.1 dondurucu başqa yerә daşındıqdan sonra, onu çalışdırmadan

qabaq әn az yarım saat gözlәmәk zәruridir.

dondurucu әtraf mühitin temperaturunun 0

0

С-dәn aşağı olduğu

zaman daşındığı halda, onu çalışdırmadan qabaq әn az 4 saat әrzindә

qapıları açıq vәziyyәtdә otaq temperaturunda tutmaq lazımdır.

4.2 Komplektlәşdiricilәri qablaşdırma materiallarından

çıxardın. Komplektlәşdiricilәri vә dondurucunu әvvәlcә sabunlu

su vә xörәk sodasının ilıq mәhlulu ilә, daha sonra tәmiz su ilә

yuyun, yumşaq parça ilә qurulayın. Dondurucunun havasını әsaslı

surәtdә dәyişin.

Dondurucunu yuduqda tәrkibindә turşular, hәlledicilәr olan

abraziv pastalardan vә yuyucu vasitәlәrdәn, elәcә dә qab yumaq

üçün nәzәrdә tutulmuş vasitәlәrdәn istifadә etmәk

QADAĞANDIR.

DİQQƏT! Şәkil 2-yә uyğun olaraq dondurucunun içәrisindә

onun haqqında tam informasiya olan lövhәciyi qoparmayın. Bu

informasiya texniki xidmәt vә dondurucunun bütün istismar

müddәti boyunca tәmiri üçün vacibdir.

4.3 Arxa dayaqları quraşdırmaq (komplektlәşdirmәdәn asılı olaraq):

– şәkil 3-ә uyğun olaraq dayağın yuxarı qarmağını qapağın

oyuğuna qoyun, daha sonra iki aşağı qarmağı dondurucunun

qapağında tam fiksasiya etmәk üçün dayağı aşağıya çevirin;

– şәkil 4-ә uyğun olaraq hәr bir dayağı vint ilә vintburan vasitәsilә

quraşdırın vә fiksasiya edin.

4.4 Dondurucunun qapısını yerinә elә salmaq olar ki, o sağ

tәrәfdәn açılsın. Plastmas detalların sınmasını istisna etmәk üçün

qapıların yerinin dәyişdirilmәsini yalnız servis xidmәtinin mexaniki

yerinә yetirmәlidir (pulsuz – zәmanәt müddәtindә bir dәfә).

5 D O N D U R U C U N U N İ S T İ S M A R I

5.1 DONDURUCUNUN ELEKTRİK ŞƏBƏKƏSİNƏ QOŞULMASI

5.1.1 Dondurucunu elektrik şәbәkәsinә qoşmaq üçün: qida

şnurunun vilkasını rozetkaya salın.

DİQQƏT! Dondurucunu elektrik şәbәkәsindәn ayırdıqdan

sonra onun әn tez 5 dәqiqәdәn sonra tәkrar qoşulmasına yol

verilir.

5.1.2 Dondurucunu әlavәyә uyğun olaraq işә salmaq – dondurucu

“Saxlama” rejimindә işlәyir, bu rejim dondurulmuş әrzaqların keyfiyyәtli

qalmasını vә az çәkidә tәzә әrzaqların dondurulmasını tәmin edir.

5.1.3 Dondurucunun bәzi modellәri әlavә iş rejiminә - “Dondurma”

rejiminә malikdir (bax әlavәyә), bu rejim tәzә әrzaqların daha tez

dondurulması üçün nәzәrdә tutulub. “Dondurma” rejimini әvvәlcәdәn,

dondurucunu tәzә әrzaqlarla doldurmadan 24 saat әvvәl işә salmaq

vә әrzaqları yerlәşdirdikdәn sonra 24 saat sonra işini dayandırmaq

lazımdır.

DİQQƏT! Elektrik enerjisinә qәnaәt etmәk mәqsәdilә çәkisi

12 kq-dan çox olmayan tәzә әrzaqların dondurulması zamanı

«Dondurma» rejimi dondurucunu әrzaqlarla doldurmadan 6 saat

әvvәl işә salına bilәr.

5.1.4 Dondurucuda temperatur әtraf mühitin temperaturundan,

saxlanılan vә yenidәn qoyulan әrzaqların miqdarından, qapını nә

qәdәr tez-tez açılmasından, dondurucunun otaqda qoyulduğu yerdәn

asılıdır vә әlavәyә uyğun olaraq tәnzimlәnir.

5.2 TƏZƏ ƏRZAQLARIN DONDURULMASI

5.2.1 Әrzaqların keyfiyyәtinin itmәmәyi vә onları saxlama

müddәtlәrinin azalmamağı üçün sutka әrzindә dondurulan tәzә

әrzaqların kütlәsi dondurucunun nominal dondurma gücünü

aşmamalıdır.

Advertising
Эта инструкция подходит к следующим моделям: