Dondurucu – Инструкция по эксплуатации АТЛАНТ ММ 184

Страница 14

Advertising
background image

14

AZE

Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является

gәlmiş nöqsanlara vә zәdәlәnmәlәrә görә (o cümlәdәn zәmanәt

müddәtindә dә) mәsuliyyәt daşımır.

2 T Ə H L Ü K Ə S İ Z L İ K T Ə L Ə B L Ə R İ

2.1 Dondurucu – elektrik-mәişәt cihazıdır, bu sәbәbdәn onun

istismarı zamanı ümumi elektrik tәhlükәsizliyi qaydalarına riayәt

etmәk lazımdır.

2.2 Cihaz fiziki, hissi vә ya әqli imkanları az olan (uşaqlar da

daxil) şәxlәr tәrәfindәn vә ya hәyat tәcrübәsi, biliklәri kifayәt dәrәcәdә

olmayan vә onların tәhlükәsizliyinә cavabdeh olan şәxsin nәzarәti

altında olmayan, vә yaxud cihazın istifadә tәlimatını almayan şәxslәr

tәrәfindәn istifadә üçün nәzәrdә tutulmamışdır.

Uşaqların cihazla oynamasına yol verilmәmәyi üçün onlar nәzarәt

altında olmalıdır.

2.3 Dondurucu elektrik cәrәyan vurmasından müdafiә növü üzrә

I sinfә aiddir vә torpaqlanmış kontaktlı ikizolaqlı rozetka vasitәsilә

elektrik şәbәkәsinә qoşulmalıdır.

Torpaqlanmış kontaktlı rozetkanın quraşdırılması üçün ixtisaslı

elektrikә müraciәt etmәk lazımdır. Rozetka dondurucunun xarici

elektrik şәbәkәsindәn tәcili olaraq ayrılmasına yol verәn yerdә

quraşdırmalıdır.

Qaz, isitmә, su vә ya kanalizasiya cihazlarından ayrıca mәftillә

torpaqlama xәtti cәkmәk

QADAĞANDIR.

DIQQƏT! İstehsalçı (satıcı), göstәrilәn şәbәkәyә bağlanma

qaydalarının pozulması nәticәyindә sağlamlığa vә ya әmlaka

vurulan zәrәr üçün cavabdeh deyildir.

2.4 Dondurucunu elektrik şәbәkәsinә qoşmadan öncә qida

şnurunda vә vilkada zәdәlәrinin olmadığını vizual olaraq yoxlamaq

lazımdır. Qida şnuru zәdәlәndikdә onu istehsalçıdan vә ya servis

xidmәtindәn әldә edilmiş analoji şnurla әvәz etmәk lazımdır.

2.5 Aşağıdakı hallarda qida şnurunun vilkasını rozetkadan

çıxararaq dondurucunu elektrik şәbәkәsindәn ayırmaq lazımdır:

– onu başqa yerdә yenidәn quraşdırdıqda;

– altındakı döşәmәni yuduqda;

– uzun (14 gündәn çox) müddәtә evdәn getdikdә.

DIQQƏT! dondurucu işlәdiyi zaman kompressov isinir vә

ona toxunarkәn yanıq alınmasına sәbәb yarada bilәr.

2.6 Dondurucunun soyutma sistemindә soyuducu agent

izobutan (R600а)vardır.

DIQQƏT! Soyuducu sistemin konturunun

zәdәlәnmәsinә imkan vermәyin.

DIQQƏT! Buz әrimә prosesini tezlәşdirmәk

üçün mexanik vasitәlәrdәn vә ya digәr vasitәlәrdәn

isifadә etmәyin.

Dondurucunun istifadә tәlimatında göstәrilmәyәn әşya vә

vasitәlәri qar tәbәqәsinin tәmizmәnmәsi üçün tәtbiq etmәyin.

DIQQƏT! Dondurucunun içindә elektrik cihazları işlәtmәyin.

DIQQƏT! Soyuducu sistemin konturunun zәdәlәnmәsi

halında diqqәtlә otağı yoxlayın vә dondurucunun yaxınlığında

açıq alov qaynaqlarının meydana gәlmәsinә yol vermәyin, çünki

izobutan tez alışan qazdır.

DİQQƏT! Dondurucunu tez alovlanan vә odu yayan әşyaların

İstehsalçı “ATLANT” QSC

Pobediteley prospekti, 61, 220035, Minsk şәhәri, Belarus Respublikası

www.atlant.by

DONDURUCU

Hörmәtli alıcı!

Dondurucunu aldığınız zaman zәmanәt kartının düzgün doldurulmasını, onu satmış tәşkilatın ştampının, vә qopardılan talonlarda

satışın tarixinin olmasını yoxlayın.

İstismar üzrә rәhbәr kitabçanı diqqәtlә öyrәndikdәn sonra Siz dondurucudan düzgün istifadә edә bilәcәksiniz.

İstismar üzrә rәhbәr kitabçanı dondurucunun bütün xidmәt müddәti boyunca saxlayın.

Dondurucu Ukrayna Nazirlәr Kabinetinin 3 dekabr 2008-ci il tarixli 1057 №-li qәrarı ilә tәsdiq edilmiş Bәzi tәhlükәli maddәlәrin

elektrik vә elektron avadanlıqda istifadәsinin mәhdudlaşdırılması üzrә texniki reqlamentin tәlәblәrinә uyğundur. Reqlamentә daxil

edilmiş zәrәrli maddәlәrin faiz miqdarı Texniki reqlamentin müәyyәn etdiyi normativlәrindәn kәnara çıxmır.

“ATLANT” QSC-nin mәmulatların işlәnib hazırlanmasının vә istehsalının keyfiyyәt menecmenti sistemi СТб ISO 9001-2009

tәlәblәrinә uyğundur vә BR-nın Uyğunluğun tәsdiqi Milli sisteminin Reyestrindә BY/112 05.01. 002 00014№ ilә qeydiyyata alınmışdır.

1 Ü M U M İ M Ə L U M AT L A R

1.1 İstismar üzrә rәhbәr kitabçanın әlavәsi vardır, burada

dondurucunun idarә edilmәsi haqqında mәlumat vә onun istismarının

xüsusiyyәtlәri göstәrilib. İstismar üzrә rәhbәr kitabça müxtәlif model

dondurucular üçün işlәnib hazırlanıb.

Dondurucunun modelindә sonuncu rәqәmlәr (şәrti olaraq «-ХХ»

vә ya «-ХХХ») zәmanәt kartında vә dondurucunun kamerasının

içәrisindә sol tәrәfdә yerlәşәn lövhәcikdә qeyd edilәn növünün

nömrәsini göstәrir. Dondurucunun növlәri sәthlәrin örtüklәrinin

materialı, enerji effektivliyinin sinfi vә rәnglәrin seçimi ilә fәrqlәnir.

1.2 Dondurucu ev şәraitindә vә bәnzәr şәraitlәrdә istifadә üçün

nәzәrdә tutulmuşdur, yәni:

– mağazaların, ofislәrin vә başqa iş yerlәrinin әmәkdaşlarının

yemәk yediklәri otaqlarda;

– kәnd (fermer) tәsәrrüfatlarında; mehmanxanalarda, motellәrdә

vә digәr yaşayış yerlәrindә yaşayanlar tәrәfindәn istifadә üçün;

– sәhәr yemәyi verilәn nömrәlәri olan mehmanxanalarda;

– ictimai әmtәә yerlәrindә vә buna bәnzәr pәrakәndә satiş

olmayan yerlәrdә.

1.3 Dondurucu:

– әtraf mühitin әlavәdә göstәrilәn temperaturunda;

– nisbi nәmlik 75%-dәn çox olmayan şәraitdә;

– dәyişәn cәrәyanın elektrik şәbәkәsindә gәrginliyin nominal

gәrginlikdәn ±10 % kәnaraçıxması vә (50±1) Hz tezliyi ilә 220-230 V

nominal gәrginliklәr diapazonunda istifadә edilmәlidir.

Başqa istismar şәraitlәrindә dondurucunun istilik-enerji

xarakteristikaları istehsalçının qeyd etdiklәrinә uyğun olmaya bilәr.

Dondurucunun yataq üçün istifadә olunan yerlәrdә istismarı

zamanı nәzәrә almaq lazımdır ki, dondurucunun işlәmәsi funksional

sәslәrlә müşayiәt olunur.

DİQQƏT! Dondurucunun istifadә edildiyi yerin hәcmi

mәmulatda R600а soyuducu agentinin 8 q-na әn azı 1 m

3

hәcmindәn irәli çıxaraq hesablanmalıdır. Soyuducu agentinin

kütlәsi dondurucunun lövhәciyindә göstәrilib. Otağın

havalandırma sistemi işlәk vәziyyәtdә olmalıdır.

1.4 Çatdırmanın dәstinә: komplektlәşdirici mәmulatlar, әlavәsi

ilә birlikdә istismar üzrә rәhbәr kitabça, servis tәşkilatlarının siyahısı,

soyutma cihazlarının energetik effektivlik etiketi (bundan sonra –

etiket), etiketin kötüyü ilә zәmanәt kartı daxildir.

Dondurucunun texniki xarakteristikalarının qiymәtlәri etiketin

kötüyündә yerlәşdirilib. Etiketin kötüyünü zәmanәt kartından kәsib

götürüb etiket üzәrindә olan texniki xarakteristikaları ilә birlәşdirmәk

lazımdır.

Zәmanәt kartında dondurucunun qalan texniki xarakteristikaları

vә komplektlәşdiricilәrinin sayı haqqında mәlumat cәdvәllәr şәklindә

yerlәşdirilib.

1.5 İstehsalçı, dondurucunun әsas texniki xarakteristikalarını

saxlayaraq, onun konstruksiyasını tәkmillәşdirә bilәr.

DİQQƏT! İstehsalçı (satıcı) mәmulatın istismarı vә ya onun

saxlanılması şәrtlәrinin pozulması, qarşısıalınmaz qüvvәnin

(yanğın, tәbii fәlakәt vә s.) yaranması, ev heyvanlarının,

hәşәratların vә gәmiricilәrin tәsiri nәticәsindә mәmulatda әmәlә

Advertising
Эта инструкция подходит к следующим моделям: