Инструкция по эксплуатации АТЛАНТ МХ 5810

Страница 23

Advertising
background image

23

AZE

Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является

Cәdvәl

3

9 S A X L A M A V Ə N Ə Q L E T M Ə Q AY D A L A R I

9.1 Qablaşdırılmış soyuducu tәbii havalandırması olan nisbi

rütubәti 80 % çox olmayan qapalı yerlәrdә saxlanılmalıdır.

9.2 Əgәr soyuducu uzun müddәt işlәnmәyәcәksә, onu elektrik

şәbәkәsindәn ayırıb bütün әrzaqları çıxarmaq, DK-nın donunu açmaq,

kameraları tәmizlәmәk lazımdır. Tәmizlәmәdәn sonra qapıları azca

açıq saxlamaq lazımdır ki, kameralarda qoxu әmәlә gәlmәsin.

9.3 Soyuducunu işlәk (şaquli) vәziyyәtdә möhkәm bәrkidib hәr

növ örtülü nәqliyyat vasitәsi ilә nәql etmәk lazımdır.

Yüklәmә-boşaltma işlәri zamanı soyuducunu zәrbә yaradacaq

yüklәmәlәrә mәruz qoymaq

QADAĞANDIR.

DİQQƏT! Soyuducunun qapılarını, qapılarının qulplarını,

dekorativ hissәlәri (әgәr varsa)sındırmamaq üçün onlardan tutub

soyuducunun yerini dәyişmәyin.

1 0 O L A B İ L Ə C Ə K N A S A Z L I Q L A R V Ə

O N L A R I A R A D A N Q A L D I R M A Ü S U L L A R I

10.1 İstehlakçının aradan qaldıra bilәcәyi nasazlıqlar cәdvәl 3-dә

göstәrilib. Əgәr özbaşına nasazlığı aradan qaldıra bilmәk mümkün

deyilsә, servis xidmәtinin mexanikini çağırmaq lazımdır.

10.2 Servis xidmәtinә müraciәt etdikdә soyuducunun modelini

vә nömrәsini bildirmәk lazımdır.

11 İŞIQLANDIRMA LAMPASININ DƏYİŞDİRİLMƏSİ
11.1
Çırağın konstruksiyasını nәzәrә alaraq işıqlandırma

lampasını әvәz etmәk üçün:

— qida şnurunun vilkasını rozetkadan çıxararaq soyuducunu

elektrik şәbәkәsindәn ayırın;

— Şәkil 10 uyğun olaraq plafonu oxun istiqamәtindә çıxarın;

— Şәkil 11 uyğun olaraq vinti burub açın, plafonu oxun

istiqamәtindә sökün;

— 15 Vt çox olmayan lampanı әvәz edin;

— plafonu quraşdırın vә vinti (әgәr varsa) burub bağlayın.

1 2 U T İ L İ Z A S İ YA
12.1
Soyuducunun qablaşdırılması üçün istifadә edilәn materiallar

tәkrar xammalın toplanması mәntәqәlәrinә daxil olarsa, tam şәkildә

yenidәn emal edilә vә tәkrar istifadә oluna bilәrlәr.

DİQQƏT!Uşaqlarınıza qablaşdırma materialları ilә oynamağa

icazә vermәyin, çünki karton qutuda bağlı qalıb vә ya qablaşdırma

plyonkasında dolaşıb qalıb boğulmaq tәhlükәsi vardır.

12.2 Utilizasiya olunacaq soyuducunun qida şnurunu kәsib onu

yararsız vәziyyәtә gәtirmәk, vә ölkәnin qüvvәdә olan qanunvericiliyinә

uyğun olaraq utilizasiya etmәk lazımdır.

12.3 Soyuducu sistemlәrindә olan soyuducu agenti R600а

mütәxәssis tәrәfindәn utilizasiya edilmәlidir. Diqqәtli olmaq vә

baxmaq lazımdır ki, soyuducu sistemlәrin borucuqları utilizasiyadan

öncә zәdәlәnmәsin.

13 ZƏMANƏT ÖHDƏLİKLƏRİ VƏ TEXNİKİ XİDMƏT

13.1 Soyuducunun istismarının zәmanәt müddәti çatdırılma

dәstinә daxil olan zәmanәt kartında göstәrilib. İstismarın zәmanәt

müddәti satışın tarixindәn, satış barәsindә qeyd olmadığı zaman

isә — mәmulatın zavod nömrәsindә göstәrilәn istehsal tarixindәn

hesablanır (zәmanәt kartına bax).

13.2 Zәmanәt çatdırılma dәstinә daxil olan lampanı, şüşә rәfi,

plastmas mәmulatları, hәmçinin dekorativ hissәni, dayaqları, qapıların

sıxışdırıcılarını vә plastmas qulpları әhatә etmir.

13.3 Zәmanәt öhdәliklәrinә:

— tәmirin servis şirkәtlәrinin siyahısına daxil olmayan şәxslәr

tәrәfindәn aparılması;

— mәmulatın bütün növ hәrәkәt edәn nәqliyyatlarda istismarı;

— istismar üzrә kitabçada izah edilmiş quraşdırma, işә salma,

istismar vә tәhlükәsizlik tәlәblәri qaydalarına riayәt edilmәmәyi;

— mәmulatın vә onun tәrkib hissәlәrinin mexaniki, kimyәvi vә

termik zәdәlәri;

— ekstremal şәraitin vә ya qarşısıalınmaz qüvvәnin (yanğın, tәbii

fәlakәt vә s.), elәcә dә ev heyvanları, hәşәrat vә gәmiricilәrin tәsiri

ilә yaranmış nasazlıqlar vә zәdәlәr daxil deyil.

13.4 İstismarın zәmanәt müddәti әrzindә soyuducunun işlәmә

keyfiyyәtinin yoxlanılması pulsuz aparılır. Soyuducunun zәmanәt

tәmirinә gәtirilmәsi vә tәmirdәn sonra qaytarılması zәmanәt tәmirini

hәyata keçirәn tәşkilatların qüvvәlәri vә vasitәlәri ilә aparılır.

Əgәr yoxlama nәticәsindә soyuducunun nöqsanı tәsdiq

olunmayıbsa, nәqliyyat xәrclәrini servis xidmәtinin preyskurantına

әsasәn soyuducunun sahibi ödәyir.

Nöqsanın soyuducunun istismar şәrtlәrinin pozulması sәbәbi

ilә әmәlә gәldiyi halda nәqliyyat xәrclәrini vә tәmiri servis xidmәtinin

preyskurantına әsasәn soyuducunun sahibi ödәyir.

DİQQƏT! İstehsalçı (satıcı) mәmulatın quraşdırılması, işә

salınması vә istismarı qaydalarının riayәt olunmamağı sәbәbi

ilә istehlakçının hәyatına, sağlamlığına vә ya әmlakına dәymiş

ziyana görә mәsuliyyәt daşımır.

İstehlakçının, satıcını vә istehsalçının hüquqları vә öhdәliklәri

“İstehlakçıların hüquqlarının müdafiәsi haqqında” Qanunla nizamlanır.

13.5 Soyuducunun bütün xidmәt müddәti әrzindә texniki xidmәti

vә tәmiri servis xidmәtinin ixtisaslı mexaniki tәrәfindәn aparılmalıdır.

13.6 Servis xidmәtinin yeri haqqında mәlumatı soyuducunu satan

tәşkilatdan almaq olar, hәmçinin çatdırılma dәstinә daxil olan servis

tәşkilatlarının siyahısında tapmaq olar.

DİQQƏT! Servis xidmәtinin mexanikindәn soyuducunun

xidmәt müddәti boyunca yerinә yetirilmiş bütün işlәr üzrә cәdvәl

4-ü (bax s. 47) doldurmasını tәlәb edin.

Ola bilәcәk nasazlıq

Ehtimal olunan sәbәb

Aradan qaldırma üsulu

Elektrik şәbәkәsinә qoşulmuş soyuducu

işlәmir, SK-da işıqlandırma lampası işıq

vermir

Elektrik şәbәkәsindә gәrginlik yoxdur

Şәbәkәyә hәr hansı bir mәişәt cihazını qoşub, gәrginliyin

olub-olmadığını yoxlayın

Soyuducunun şnurunun vilkası ilә elektrik

şәbәkәsinin rozetkası arasında kontakt yoxdur

Qida şnurunun vilkası ilә rozetka arasında kontaktı tәmin

edin

İşlәyәn vәziyyәtdә olan soyuducunun SK-nın

işıqlandırma lampası işıq vermir

SK-nın işıqlandırma lampası yanıb

lampanı 11-ci bölmәyә uyğun olaraq işlәk lampa ilә әvәz

edin

Sәsin sәviyyәsi artıb

Soyuducu sәhv quraşdırılıb

Soyuducunu 3-cü bölmәyә uyğun olaraq quraşdırın

SK-da suyun vә kondensatın olması

Ərimiş suyun axıtma sistemi tutulub

Suyun axıtma sisteminin tutulmasını әlavәyә uyğun olaraq

aradan qaldırın

Kameralarda temperatur artıb vә azalıb,

kompressor fasilәsiz işlәyir

Qapılar kip bağlanmayıb

Soyuducunun qapılarını kip bağlayın

İstismar şәrtlәri pozulub

1.3, 3.1, 3.2 yerinә yetirilmәsini tәmin edin

Kameralarda temperatur sәhv seçilib

Hәrarәti tәnzim etmәk

No Frost sistemli soyuducuların buzxanasında

(DK bölümü) әrzaq mәhsullarının, quruluş

hissәlәrininin üstündә qırov yaranması

DK bölümünün arxa qapağında yerlәşmiş olan

No Frost sisteminin hava kanalları tıxanmışdır

No Frost sisteminin, DK bölümünün arxa qapağında

yerlәşmiş olan hava kanallarını tәmizlәyin

Qapıların tez-tez açılması.

Qapının uzun müddәt açıq saxlanması

Qırov, No Frost sisteminin işi nәticәsinsdә qapı bağlandıqdan

sonra yox olur

Şәkil 10

plafon

vint

Şәkil 11

Advertising