Инструкция по эксплуатации АТЛАНТ ХТ 1001

Страница 18

Advertising
background image

18

AZE

Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является

DİQQƏT! Uşaqlara qablaşdırma materialları ilә oynamağa

icazә vermәyin, çünki onlar karton qutusuna daxil olub vә örtüyә

dolaşıb boğulma tәhlükәsi ilә üzlәşә bilәrlәr.

9.2 Utilizasiya olunmalı soyuducunun qidalanma şnurunu

kәsәrәk onu yararsız vәziyyәtә salmaq vә ölkәnin qüvvәdә olan

qanunvericiliyinә uyğun olaraq utilizasiya etmәk lazımdır.

10 ZƏMANƏT ÖHDƏLİKLƏRİ VƏ TEXNİKİ XİDMƏT

10.1 Soyuducunun zәmanәtli istismar müddәti 2 ildir.

Istismarın zәmanәt müddәti satış tarixindәn, satış haqqında

işarә olmadıqda isә mәhsulun zavod nömrәsindә göstәrilmiş istehsal

tarixindәn hesablanır (zәmanәt kartına bax).

10.2 Lüminessent lampasına, sıxlaşdırıcılara, qapı dәstәyinә

(dәstәklәrinә), qapı rәfinә vә kömürlü filtrәyә (varsa) zәmanәt

aid deyil.

10.3 Zәmanәt öhdәliklәri aşağıdakılara aid edilmir:

– xidmәt tәşkilatlarının siyahısına daxil edilmәmiş şәxslәr

tәrәfindәn tәmirin hәyata keçirilmәsinә;

– bütün hәrәkәt edәn nәqliyyat növlәrindә mәmulatın istismarı

zamanı;

– istismar üzrә rәhbәrlikdә qeyd edilmiş quraşdırılma, qoşulma,

istismar vә tәhlükәsizlik tәlәblәri qaydalarına riayәt etmәmә zamanı;

– mәmulatın vә onun tәrkib hissәlәrinin mexaniki, kimyәvi vә

termiki zәdәlәrinә;

– ekstremal şәraitlә vә ya qarşısı alınmaz qüvvәlәr (yanğın, tәbii

fәlakәtlәr vә s.) hәmçinin, ev heyvanları, hәşәratlar tәrәfindәn vә

gәmiricilәr sәbәbindәn nasazlıq vә zәdәlәrә.

10.4 zәmanәtli istismar müddәtindә soyuducunun işinin

keyfiyyәtinin yoxlanılması vә tәmiri pulsuz hәyata keçirilir. Zәmanәtli

tәmir üçün soyuducunun çatdırılması vә tәmirdәn sonra onun

qaytarılması zәmanәtli tәmiri hәyata keçirәn tәşkilatlar vasitәsiylә

hәyata keçirilir.

Әgәr yoxlama nәticәsindә soyuducunun işindә çatışmazlıq

tәsdiqlәnmәzsә, nәqliyyat xәrclәrini servis xidmәtinin preyskurantı

üzrә sahibkar ödәyir.

DİQQƏT! İstehsalçı (satıcı) mәhsulun quraşdırılması,

qoşulması vә istismar qaydalarına riayәt edilmәmәsi sәbәbindәn

yaranan istehlakçının hәyat, sağlamlıq vә ya mülkiyәtinә

vurulmuş ziyan üçün mәsuliyyәt daşımır.

Istehlakçının, satıcının vә istehsalçının hüquq vә vәzifәlәri

“Istehlakçıların hüquqlarının müdafiәsi haqqında” Qanunla tәnzimlәnir.

Soyuducunun istismarı şәrtlәrinin pozulmalarına görә

çatışmazlığın yaranması zamanı nәqliyyat vә tәmir xәrclәrini servis

xidmәtinin preyskurantı üzrә sahibkar ödәyir.

10.5 Texniki xidmәt vә soyuducunun bütün xidmәt müddәti

әrzindә onun tәmiri servis xidmәtinin ixtisaslaşdırılmış mexaniki

tәrәfindәn hәyata keçirilmәlidir.

10.6 Servis xidmәtinin yerlәşdiyi ünvan haqqında mәlumatı

soyuducunu satmış tәşkilatdan almaq, hәmçinin çatdırılma dәstinә

daxil olan xidmәt tәşkilatlarının siyahısında tapmaq olar.

DİQQƏT! Servis xidmәtinin mexaniki tәrәfindәn soyuducunun

xidmәt müddәti dövründә bütün yerinә yetirilmiş işlәr üzrә cәdvәl

2-nin (bax s. 35) doldurulmasını tәlәb edin.

Advertising
Эта инструкция подходит к следующим моделям: