Инструкция по эксплуатации АТЛАНТ ХМ 4112 приложение

Страница 10

Advertising
background image

Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является

Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является

Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является

Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является

2 S O Y U D U C U N U N İ Ş İ N İ N İ D A R Ə E D İ L M Ə S İ

2.1 İDARƏETMƏ ORQANLARI

2.1.1 Soyuducunun maskasında şəkil 4-ə uyğun olaraq

idarəetmə orqanları yerləşir:

— Temperaturun nizamlanması dəstəsi (bundan sonra

— dəstə). Bu dəstə işarəyə malikdir və saat əqrəbinin hərəkət

istiqaməti üzrə və əksinə çevrilir. Dəstənin işarəsinin «1» bölgü

xəttinin üzərinə qoyulması kamerada ən yüksək temperatura (ən

az soyutma), «7» bölgü xəttinin üzərinə qoyulması isə — ən aşağı

temperatura (ən çox soyutma) müvafiqdir .

— Elektrik açarı DK-da “Dondurma” rejiminin işə salınması/

dayandırılması üçün nəzərdə tutulmuşdur və üzərində iki işarə

vardır: «I» — işə salma və «0» — dayandırma.

2.2 İŞIQ İNDİKATORLARI

2.2.1Soyuducunun maskasında şəkil 4-ə uyğun olaraq işıq

indikatorları yerləşir:

— “Dondurma” rejiminin indikatoru (sarı rəngdə). “Dondurma”

rejimini işə salındıqda yanır. Rejimin, eləcə də soyuducunun işi

dayandırıldıqda sönür;

— DK-da yüksək temperatur indikatoru (qırmızı rəngdə).

DK-da temperatur yüksəldikdə yanır (məsələn, böyük miqdarda

təzə ərzaqla doldurulduqda). İndikatorun qısamüdətli işləməsi

(məsələn, DK-nın qapısı uzun müddət açıq qaldıqda) soyuducunun

nasazlığının əlaməti deyildir: DK-da temperatur azaldıqda indikator

avtomatik olaraq sönür. İndikatorun uzunmüddətli işləməsi zamanı

saxlanılan ərzaqların keyfiyyətini yoxlamaq və servis xidmətinin

mexanikini çağırmaq lazımdır;

— Elektrik şəbəkəyə qoşma indikatoru (yaşıl rəngdə). Soyu-

ducu işlədiyi zaman daima yanır. Soyuducunun işi dayandırıldığı,

elektrik enerjisinin verilməsində fasilələr yarandığı zaman sönür.

2.3 SOYUDUCUNUN İŞƏ SALINMASI/DAYANDIRILMASI

2.3.1 Soyuducunu işə salınması üçün onu elektrik şəbəkəsinə

qoşmaq lazımdır — şəkil 4-ə uyğun olaraq işə salma indikatoru

yanmağa başlayacaq.

SK-nın qapısını açın. İlk dəfə işə salanda dəstəni şəkil 4.-ə

uyğun olaraq «3» bölgü xəttinin üzərinə qoymaq tövsiyə olunur.

Elektrik açarı «0» bölgü xəttinin üzərinə qoyulmalıdır. SK-nın

qapısını örtün.

2.4 SK-da TEMPERATURUN NİZAMLANMASI

2.4.1 SK-da temperaturun nizamlanması şəkil 4.-ə uyğun

olaraq dəstənin köməyi ilə aparılır. Nizamlandıqdan sonra SK-da

temperatur avtomatik olaraq saxlanılır.

2.5 DK-da “DONDURMA” REJİMİNİN İŞƏ SALINMASI/DA-

YANDIRILMASI

2.5.1 Bir sutkada 2 kq artıq çəkidə təzə ərzağı dondurmağa

ehtiyac olduqda “Dondurma” rejimini işə salmaq lazımdır.

2.5.2 “Dondurma” rejimini işə salmaq üçün şəkil 4-ə uyğun

olaraq “Dondurma” rejiminin elektrik açarının «I» bölgü xəttinə,

dayandırmaq üçün isə — «0» bölgü xəttinə basmaq lazımdır.

3 S O Y U D U C U N U N İ S T İ S M A R I

3.1 SK-nın AVTOMATİK ƏRİMƏ SİSTEMİ

3.1.1 SK-da avtomatik əritmə sistemi istifadə edilir. SK-nın

arxa divarında əmələ gələn qırov kompressorun işi dayandırıldığı

zaman donun açılması dövründə əriyir və su damcılarına çevrilir.

Ərinmiş su damcıları şəkil 5.-ya uyğun olaraq axıb lotoka tökülür,

onda olan deşikdən borucuqla kompressorun üzərində yerləşən

qaba düşür və buxarlanır. Lotokun deşiyinə axıtma sisteminin

tutulmasının qarşısını almaq üçün fırça qoyulub.

3.1.2 Müntəzəm olaraq (üç ayda 1 dəfədən az olmayaraq)

lotokun təmizliyinə nəzarət etmək lazımdır. Lotokda suyun olmağı

axıtma sisteminin tutulmasını göstərir.

Tutulmanın aradan qaldırılması üçün:

— fırça ilə lotokdakı deşiyi təmizləmək lazımdır ki, su qaba

maneəsiz axıb tökülsün;

— fırçanı şəkil 5.-ya uyğun olaraq yuyub qoymaq lazımdır.

Axıtma sistemi tutulmuş soyuducunu istismar etmək

QADAĞANDIR. SK-nın şəkil 5.-ya uyğun olaraq dibində əmələ

gəlmiş və ya köndələn tirin SK-nın daxili şkafına bitişmə yerinə

düşmüş su soyuducunun xarici şkafının və soyuducu aqreqatın

elementlərinin korroziyasına səbəb ola bilər, istilik izolyasiyasını

poza bilər, daxili şkafda çatlaqların yaranmasına və soyuducunun

şkafının sıradan çıxmasına gətirib çıxara bilər.

3.2 DK-nın DONUNUN AÇILMASI VƏ TƏMİZLƏNMƏSİ

DK-nın donunu açan zaman qar qatı əridikcə ərimiş suyu axıb

tökülmə zonasından şəkil 6-yə uyğun olaraq nəmliyi tez hopduran

material ilə təmizləmək, daha sonra kameranı yuyub qurulamaq

lazımdır.

DİQQƏT! Soyuducunun donunu açdıqda və təmizlədikdə

ərimiş suyun DK-dan axıb çıxmasına yol verməyin, çünki

su şəkil 6-yə uyğun olaraq qabaq plankanın DK-nın daxili

şkafına bitişdiyi yerə düşdükdə soyuducunun xarici şkafının

və soyuducu aqreqatın elementlərinin korroziyasına səbəb ola

bilər, istilik izolyasiyasını poza bilər, daxili şkafda çatlaqların

yaranmasına və soyuducunun şkafının sıradan çıxmasına

gətirib çıxara bilər.

Şəkil 4 – İdarəetmə orqanları və indikatorlar

“Dondurma” rejimin-

in indikatoru

DK-da yüksək

temperatur indikatoru

Elektrik şəbəkəyə qoşma

indikatoru

Temperaturun

nizamlanması dəstəsi

“Dondurma” rejiminin

elektrik açarı

maska

Şəkil 5 — Ərimiş suyun DK-dan axıdılması sxemi

fırça

lotok

borucuq

tutum

kondensator

kompressor

dirək

SK-nın daxili

şkafı

köndələn tir

DK-nın daxili

şkafı

qabaq planka

Şəkil 6 — DK-dan ərimiş suyun toplanması

ərimiş suyun axma zonası

qabaq planka

DK-nın daxili

şkafı

10

AZE

Advertising
Эта инструкция подходит к следующим моделям: