Инструкция по эксплуатации АТЛАНТ МХМ 1845 приложение

Страница 18

Advertising
background image

18

AZE

Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является

“Dondurulma” rejiminin söndürülməsi 48 saatdan sonra avto-

matik həyata keçir və ya düyməsini basmaqla, həmçinin DK-nin

söndürülməsindən sonra sönür.

4.6 CARİ VAXTIN ƏKS ETDİRİLMƏSİ

4.6.1 İdarəetmə blokunun «---2» və ya «---3» iş rejiminin

ilk dəfə yandırılması zamanı SK və DK-nin rəqəmli temperatur

indikatorlarında vaxt göstərilir (saat və dəqiqə) və «:» işarəsinin

indikatoru yanıb-sönür.

4.6.2 Dəqiq vaxtın müəyyən edilməsi və dəyişdirilməsi üçün

nə etmək lazılmdır:

— idarəetmə blokunun «---2»; rejimini seçmək;

— düyməsinə basaraq 3 saniyə saxlamaq (SK və DK-nin

rəqəmli temperatur indikatorları yanıb-sönəcək, «:» işarəsinin

indikatoru yanıb-sönməyəcək)

düyməsinə basaraq saatlardakı,

düyməsinə bas-

araq dəqiqələrdəki göstəricini seçmək.

Vaxtı müəyyən etdikdən sonra düyməsini uzunmüddətli

basmaq lazımdır.

4.6.3 Elektrik şəbəkəsində gərginliyin verilməsinin uzun

müddətli dayandırılması zamanı cari vaxtın hesablaması dayanır.

Gərginliyin verilməsi bərpa ediləndən sonra 4.6.2-ci bəndə uyğun

olaraq cari vaxtı təyin etmək lazımdır.

4.6.4 SK və ya DK-nin söndürülməsi zamanı idarəetmə bloku

daha əvvəl seçilmiş rejimdən asılı olmayaraq “---2” cari vaxtın

təsviri rejiminə keçir.

DİQQƏT! İdarəetmə blokunda əks etdirilmiş vaxt — soyu-

ducunun işiylə və onun texniki xarakteristikalarıyla bağlı olm-

ayan informasiyadır. Zəruri olduqda cari vaxtın göstəricilərinə

4.6.2-ci bəndə uyğun olaraq düzəliş edilir.

4.7 KAMERANIN SÖNDÜRMƏSİ

SK və ya DK-nin söndürülməsi üçün müvafiq kamerada

düyməsini basmaq lazımdır – kameranın yandırılması indikatoru,

“SK-nin supersoyudulması” rejiminin yandırılması indikatoru (əgər

əvvəllər seçilibsə), “Dondurulma” rejiminin yandırılması indikatoru

və kamerada rəqəmli temperatur indikatorları sönür. Kameranın

söndürülməsindən sonra, əgər soyuducu elektrik şəbəkəsinə

qoşulmuşdursa, idarəetmə blokunun “---2” rejimində işi vaxtı

rəqəmli indikatorda vaxtı əks olunacaq.

düyməsi təkrar basılarsa kamera 5 dəqiqə sonra yenidən

işləməyə başlayacaq.

5 S O Y U D U C U N U N İ S T İ S M A R I

DİQQƏT! Elektrik şəbəkəsində gərginliyin verilməsinin

dayandırılması soyuducunun sonrakı işinə təsir etmir: elektrik

şəbəkəsində gərginliyin verilməsinin bərpa edilməsindən son-

ra soyuducu kameralarda daha əvvəl təyin edilmiş temperatur

parametrləri ilə işləməyə davam edir.

Idarəetmə bloku ilə soyuducularda şəkil 6-ya uyğun olaraq

“--2” və ya “---3” iş rejimində rəqəmli indikatorlarda yanıb-

sönən “00:00” işarəsi yarana bilər. Soyuducuda iş rejimlərini

və cari vaxtın göstəricilərini yenidən təyin etmək lazımdır.

5.1 SK-nin AVTOMATİK ƏRİMƏ SİSTEMİ

5.1.1 SK-da ərimənin avtomatik sistemi istifadə olunur. SK-nin

arxa divarında yaranan qırov kompressorun söndürülməsi zamanı

ərimə dövründə əriyir və su damcılarına çevrilir. Ərimiş qar suyu

damcıları ondakı deşik vasitəsilə nova axir və A 7 şəkilinə uyğun ol-

araq kompressorda boruya düşürlər və buxarlanırlar. Bəzi hallarda

qırov kompressorun yandırılmasından sonra SK-nin arxa divarında

qala bilər ki, bu nasazlıq demək deyil. Qırov soyuducunun işində

nəzərdə tutulmuş ərimənin sonrakı dövrlərində əriyəcək.

5.1.2 Nov sisteminin zibillənməsinin qarşısının alınması

üçün nov dəliyinə şotka quraşdırılıb. Novun təmizliyini müntəzəm

izləmək və novda suyun olmamasını yoxlamaq (ən azı 3 ayda

1 dəfə) lazımdır. Novda suyun mövcudluğu axma sistemin

zibillənməsini göstərir. Zibilləmənin aradan qaldırılması üçün nə

etmək lazımdır:

- şotka ilə novdakı dəliyi təmizləmək lazımdır ki, su manesiz

boruya axsın, şotkanı yuyun

- şotkanı yuyun və 7 şəkilinə uyğun olaraq quraşdırın.

Axma sistemi zibillənmiş soyuducunu istismar etmək

QADAĞANDIR. Soyuducu kameranın dibində və ya 7 şəkilinə

uyğun olaraq ön plankanın soyuducu kameranın daxili dolabına

birləşdiyi yerə düşən su soyuducunun xarici dolabının korroziyasına

səbəb ola bilər, istilik izolyasiyasını poza bilər, daxili dolabda çat

yarada bilər və soyuducunun dolabının sıradan çıxmasına gətirib

çıxara bilər.

DİQQƏT! SK-ya məhsulları 7 şəkilinə uyğun olaraq SK-nin

sağ yan divarında yerləşdirilmiş temperatur tənzimləyiçisinə

çox sıx yerləşdirməyin.

DİQQƏT! Məhsulları 7 şəkilinə uyğun olaraq DK-nin arxa

divarında yerləşdirilmiş DK-nin temperatur tənzimləyiçisinə

çox sıx yerləşdirməyin.

5.2. DONDURUCU BÖLMƏNİN BUZUNUN ƏRİDİLMƏSİ VƏ

TƏMİZLƏNMƏSİ

Dondurucu bölmənin buzunun əridilməsi zamanı ərimiş qar

suyunu yığmaq lazımdır:

— 8 şəkilinə uyğun olaraq beli və ya ərimiş qar suyunu yığmaq

üçün ən azı 2 litr həcmində qab qoymaq lazımdır;

— Əgər su DK-dan beldən kənarda axırsa, nəm çəkən material

ilə dondurucu bölmədən suyu silmək lazımdır;

— DK-ni yumaq və qurulamaq lazımdır.

8 şəkilinə uyğun olaraq qurulmuş beldən istifadə edilmədən

DK-nin donunun açılması

QADAĞAN EDILIR. DK-dan belin

qırağından 7 şəkilinə uyğun olaraq ön plankanın soyuducu

kameranın daxili dolabına birləşdiyi yerə düşən su soyuducunun

xarici dolabının korroziyasına səbəb ola bilər, istilik izolyasiyasını

poza bilər, daxili dolabda çat yarada bilər və soyuducunun dolabının

sıradan çıxmasına gətirib çıxara bilər.

Şəkil 7 — SK-dən qar suyunun axma sistemi

maska

dekorativ sipər

şotka

nov

boru

qab

kondensator

qapının dəstəyi

kompressor

dayaq

SK-nin temperatur

göstəricisi

DK-da temper-

atur göstəricisi

SK-nin daxili

dolabı

köndələn boru

DK-nin daxili

dolabı

ön tamasa

Şəkil 8 –DK-dan ərimiş qar suyunun yığılması

qab

bel

Advertising
Эта инструкция подходит к следующим моделям: