Инструкция по эксплуатации АТЛАНТ СМА 70С1010 приложение

Страница 16

Advertising
background image

16

AZE

Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является

uyğun göstәrici yanmağa başlayır.

Əlavә funksiyaların daxil edilmәsi imkanı yuyum proqramından

asılıdır (cәdvәl 1 baxın).

Temperatur seçilmәsi proqramda nәzәrdә tutulmuş olan

maksimal hәrarәtdәn az olan hәrarәt seçmәyә imkan verir. Seçilәn

hәrarәtin qiymәti uyğun göstәrici ilә işıqladırılır.

Sıxma sürәtinin seçilmәsi

proqramda nәzәrdә tutulmuş

olan maksimal sıxma sürәtindәn az olan sürәt seçmәyә imkan verir.

Seçilәn sürәtin qiymәti uyğun göstәrici ilә işıqladırılır.

İlkin yuyum

çox kirlәnmiş olan, pambıq parçadan

hazırlanmış paltarların yuyulması üçün nәzәrdә tutulmuşdur. Bu

funksiya işlәdilәrkәn, çәmaşir әvvәlcә hәrarәti 30

0

С olan yuyucu

maddәli suda yuylur, bu da әsas yuyum zamanı kirin keyfiyyәtlә

çıxarılmasına imkan verir.

Gecә yuyumu

maşının az sәs çıxararaq işlımәsi üçün

istifadә olunur. Yuyum, yavaş sıxma sürәti seçilmәklә hәyata keçirilir,

hәmçinin sәs siqnalları verilmir. Bu funksiya çox kirlәnmiş әşyaların

yuyulması üçün nәzәrdә tutulmamışdır.

DIQQӘT! Funksiya işlәdilәrkәn axırıncı sıxma mәrhәlәsi

yerinә yetirilmir. Yuyum bitdikdәn sonra, gәrәk varsa «Sıxma»

proqramı seçilmәlidir.

Әlavә yaxalama

uşaq paltarları üçün vә yuyucu maddәlәrә

qarşı allergiyası olan adamların paltarlarını yumaq üçün nәzәrdә

tutulmuşdur vә ya da çox yumşaq suda yuyarkәn isufadә olunur,

çünki yumşaq suda yuyucu maddәlәr kifayәt dәrәcәdә yaxalanmır.

Funksiya seçilәrkәn yuyum proqramına bir dәfә әlavә yaxalama

daxil edilir.

Yüngül ütülәmә

parçaların yuyulma vә sixılma prosesindә

әzilmәsini azaltmaq üçün isufadә olunur, sonrakı ütülәmәni

asanlaşdırır. Funksiya işlәdilәrkәn paltar yumşaq rejimdә yuyulur,

yuyulduqdan sonra minimal qırış miqdarına imkan verәn qayğılı

yaxalama tәtbiq edilir.

Çәndә su olarkәn dayandırılma

incә parçalardan tikilmiş

paltar üçün isufadә olunur, onun әzilmәsini azaltmağa imkan verir.

Fuksiya işlәdilәrkәr suyun boşaldılması vә sixma aradan qaldırılır.

Yuyum әmәliyyatı bitdikdәn sonra

göstәricisi yanıb-sörür, bu syun

boşldılması lazım olduğunu ifadә edir. Suyun boşaldılması üçün

vә ya

düymәsi basılmalıdır.

Uşaqlardan qoruma uşaqlar tәrәfindәn proqramın tәsadüfәn

dәyişdirilmәsinә imkan vermәmәk üçün nәzәrdә tutulmüşdur. Bu

funksiya —

düymәlәri eni zamanda basılarkәn seçilmiiş

olur vә idarә lövhәsinin bütün düymәlәri, müstәsna olmaqla, blok

edilir.

düymәlәrinin tәkrar basılması funksiyanı dayandırır.

Ekoyuyum

orta vә az kirlәnmiş olan әşyaların yuyulması

üçün nәzәrdә tutulmüşdur. Funksiya işlәdilәrkәn yuyulma şiddәti

azaldılır, elektrik enerjisi sәrfi vә yuyulma vaxtı azalır.

Şiddәtli yuyum

çox kirlәnmiş olan çәmaşir yuyularkәn,

yuyum effektivliyini artırmaq üçün istifadә olunur.

Tәxirә salınmış start yuyulma başlanğıcının müәyyәn vaxt

içindә, 1 saatdat 24 saata qәdәr geriyә çәkmәyә imkan verir. Bu

funksiya seçilәrkәn vaxt 1 saat intervalı ilә qoyula bilir.

1.2 İŞIQ GÖSTӘRİCİLӘRİ

1.2.1 Maşının göstәricilәri zonasında, sәkil 3-ә uyğun olaraq, işıq

göstәricilәri nәzәrdә tutlmuşdur.

Yuyum әmәliyyatı göstәricilәri:

— ilkin yuyum;

— yuyum;

— yaxalama;

— su boşalmadan dayandırılma;

— sıxma vә boşaltma.

Yuyum әmәliyyatı göstәricilәri maşın seçilmiş proqram üzrә

işlәrkәn sıra ilә yanır.

Vaxt göstәricisi ( ) yuyulma müddәtini vә hәmçinin «Tәxirә

salınmış start» proqramı seçilmişsә, yuyulma prosesinin başlamasına

qәdәr qalan vaxtı göstәrir.

Qapının blok edilmәsi göstәricisi qapının açılması mümkün

olmadıqca yanır.

Әlavә funksiyalar göstәricilәri, o cümlәdәn, uşaqlardan

qoruma göstәricidi

daxil olmaqla, әlavә funksiyalar seçilmәsi

düymәlәrindәn biri başılarkәn yanır (md. 1.1.2-yә baxın).

1.3 SӘS SİQNALININ ÇALIŞMASI/KӘSİLMӘSİ

1.3.1 Maşında sәs siqnalları nәzәrdә tutulmuşdur. Müxtәlif sәs

siqnalları maşın işә başlayarkәn vә işini birirәrkәn verilir. Hәmçinin sәs

siqnalları, maşın seçilmiş bir proqram üzrә çalışarkәn, bu proqramla

uyuşmayan funksiyaları әlavә edәn düymәyәr tәsadüfәn basıldığı

zaman verilir.

Sәs siqnalının kәsilmәsi uçün, nasazlıqlar meydana çıxan

hallar müstәsna olmaqla,

düymәsini basaraq, 3 s içindә basılı

tutmaq lazımdır. Sәs kәsilәndәn sonra — vaxt göstәricisindә «Sn-0»

yanacaq. düymәsi tәkrarәn 3 s içindә basılaraq tutlsa, sәs siqnalı

çalmağa başlayacaq — vaxt göstәricisindә «Sn-1» yanacaq.

1.4 MAŞININ İŞӘ SALINMASI VӘ PROQRAM SEÇİMİ

1.4.1 Maşının işә salınması üçün düymәsi basılır — «Pambıq»

proqramının göstәricisi yanır. Sonra dәstәyi çevirәrәk, şәkil 2-yә

uyğun olaraq yuyum proqramı seçin. Maşının göstәricilәri zonasında

yuyulma müddәti göstәricisi, seçilmiş olan yuyum әmәliyyatı

göstәricilәri, yuyum temperaturu vә sıxma sürәti göstәricilәri yanır.

Yuyum әmәliyyatı cәdvәl 1 әsasında seçilәrkәn, istehsalçı

tәrәfindәn qoyulan әsas yuyum parametrәlәri avtomatik olaraq tәyin

olunur (sıxma sürәti, yuyum temperaturu, yuyum müddәti vә s.).

Əgәr maşın işә salınandan sonra 15 dәq. içindә proqram

seçilmәzsә (1.8.1 baxın), elektrik enerjisinә qәnaәt üçün maşın

avtomatik olaraq sönәcәkdir.

1.4.2 Vaxt göstәricisindә әks olunan yuyum vaxtının uzunluğu

laboratoriya şәrtlәrindә tәyin edilmişdir. Vaxt maşının işi әrzindә,

şәbәkәdәki suyun temperaturundan, tәzyiqindәn, yüklәnәn çәmaşirin

çәkisindәn, parça növündәn, elektir gәrginliyinin giymәtindәn vә s.

asılı olaraq dәyişә bilәr (uzana vә ya qısala bilәr).

DIQQӘT! Displeydә göstәrilәn yuyum prosesinin sonuna

qәdәr qalan vaxtla, yuyumun geçәk bitmәsi vaxtı arasında fәrq

olması mümkün sayılır.

1.4.3 Proqram, yalnız yuyum başlamayana qәdәr seçilә bilәr.

Maşın işlәdiyi zaman dәstәyin başqa cizginin üstünә gәtirilmәsi

(maşın söndürülmәdәn) әvәlcәdәn seçilәn proqramı dәyişmәyә

imkan vernir.

1.4.4 Proqram seçildikdәn sonra yuyum parametrәlәri dәyişdirilә

bilәr vә 1.5 – 1.7-ә müvafiq olaraq, әlavә funksiyalar seçilә bilәr.

1.5 TEMPERATUR SEÇİMİ

1.5.1 Şәkil 3-ә uyğun olaraq , düymәsini basaraq proqramda

nәzәrdә tutulan yuyum temperaturunu dәyişmәk olar. Düymәyә hәr

dәfә basarkәn, novbә ilә rәqәmli göstәricilәrin qiymәtlәri yanaraq,

maksimaldan 20

0

С-yә düşdüyunu әks edilir, sonra yenidәn başlayayır.

Temperaturun seçilә bilәcәk qiymәtlәri 20

0

С, 30

0

С, 40

0

С, 60

0

С,

90

0

С-dir. Temperatur dәyişdirilәrkәn, eyni zamanda yuyum müddәti

göstәricisi dә dәyişir.

1.6 SIXMA SÜRӘTİNİN SEÇİLMӘSİ

1.6.1 Şәkil 3-ә uyğun olaraq

düymәsini basaraq yuyum

proqramında nәzәrdә tutulan sıxma sürәtini azaltmaq olar. Düymәyә

hәr dәfә basarkәn, novbә ilә rәqәmli göstәricilәrin qiymәtlәri yanaraq,

maksimal sıxma sürәtindәn

-ә qәdәr (sıxma söndürülmüşdür)

azalır. Sonra giymәtlәr yenidәn artmağa başlayır.

Sıxma sürәtinin seçilә bilәcәk qiymәtlәri (maşının modelindәn asılı

olaraq) maksimal qiymәtdәn — qәdәrdir (sıxma söndürülmüşdür).

DIQQӘT! Әsas әmәliyyatlar arasındakı sıxma sürәti tәnzim

edilmir vә seçilmiş olan proqramdan asılıdır.

1.7 ӘLAVӘ FUNKSİYALARIN SEÇİLMӘSİ

1.7.1 Əlavә funksiyaların seçilmәsi üçün müvafiq düymәnin

basılması lazımdır — şәkil 3-ә uyğun olaraq, bir göstәrici yanacaqdır.

Düymә tәkrarәn basılarkәr göstәrici sönür, funksiya rәdd edilir.

Əlavә funksiyalar yalnız yuyum başlamayana qәdәr seçilә bilәr.

Maşın işlәdiyi zaman düymәlәr basılarsa, üç dәfә xәbәrdarlıq sәs

siqlalı verilir — әlavә funksiya seçilmir.

DIQQӘT! Әgәr seçmәk istәdiyiniz әlavә funksiya seçilmiş

olan proqramla uyuşmursa, sәs siqnalı verilir, göstәrici yanmır

vә funsiya seçilmir.

1.7.2 Tәxirә salınmış start

düymәsini basmaqla seçilir —

düymәnin işığı yanacaq vә vaxt göstәricisindә startın tәxirә

salınmasının maksimal qiymәti olan 24 saat («24:H») göstәrilәcәk.

Lazım olan sayda düymәsinә basaraq, müvafiq vaxt seçә bilәrsiniz

(vaxtın dәyişmә intervalı 1 saatdır).

Gәrәk qalmadığında, bu funksiya (yuyum başlamamış)

düymәsini basmaqla «0:Н» seçәrәk, dayandırıla bilәr — göstәrici

Advertising
Эта инструкция подходит к следующим моделям: