Инструкция по эксплуатации АТЛАНТ СМА 50У86 приложение

Страница 14

Advertising
background image

14

AZE

Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является

temperaturunda әlavә olaraq yuyulur, bu da әsas yuma zamanı çirkin

keyfiyyәtli tәmizlәnmәsini tәmin edir.

1.3.3 İslatma

çox çirkli pambıq parçalardan olan mәmulatlar

üçün nәzәrdә tutulmuşdur. Mәmulatlar 2 saat yuyucu vasitә olan suda

(vaxtaşırı çevirmә ilә) saxlanılır, daha sonra seçilmiş proqrama әsasәn

yuyulur. Funksiya seçilәn zaman eyni zamanda ilkin yuma funksiyası

da işә düşür — müvafiq iki indikator işıq vermәyә başlayır. İslatma

ilkin yuma başa çatdıqdan sonra, islatma indikatoru yanıb-sönmәyә

başladıqda yerinә yetirilir.

1.3.4 Bakda su ilә dayanma

zәrif parçalardan olan

mәmulatların yuyulması zamanı parçanın әzilmәsini azaltmaq üçün

istifadә edilir.

Bu funksiya seçildikdә axıtma vә son sıxma sikli çıxarılır. Yuma

qurtardıqdan sonra

düymәsinә basmaq lazımdır: su axıdılır vә

yuma başa çatır.

1.3.5 Yüngül ütülәmә

parçaların yuma vә sıxma prosesindә

әzilmәsinin azaldılması, ardınca gәlәn ütülәmәnin yüngüllәşdirilmәsi

üçün nәzәrdә tutulmuşdur. Funksiyanın istifadә edilmәsi qoruyucu

yuma rejimini vә yumadan sonra minimal sayda qırışla olan ehtiyatlı

sıxmanı tәmin edir.

1.3.6 әlavә durulama

uşaq paltarları, yuyucu vasitәlәrә

allergiyası olan insanlara mәxsus paltarlar, vә ya yuyucu vasitәnin

kifayәt qәdәr durulanıb yuyulmadığı çox yumşaq suda yuma üçün

nәzәrdә tutulmuşdur.

Bu funksiya seçildiyi zaman yuma proqramına daha bir durulama

әlavә olunur.

1.3.7 Uşaqlardan qoruma

seçilmiş proqramın uşaqlar

tәrәfindәn tәsadüfәn dәyişdirilmәsinin qarşısını almaq üçün nәzәrdә

tutulmuşdur. Funksiya seçildikdә düymәsindәn başqa idarәetmә

panelinin bütün düymәlәri bloka girir.

1.3.8 İşә salmanın tәxirә salınması yumanın başlanğıcını

müәyyәn vaxta tәxirә salmağa imkan verir.

1.4 DİSPLEYİN DİLİNİN SEÇİMİ

1.4.1 Maşını ilk dәfә işә saldıqda displeydәki mәtn mәlumatının

dilini seçmәk lazımdır. Displeydәki mәlumat müxtәlif dillәrdә әks

oluna bilәr.

Displeyin dilini seçmәk üçün

düymәsini basıb 5 saniyә

әrzindә saxlamaq lazımdır. Daha sonra eyni anda (barmağınızı

düymәsindәn çәkmәdәn) düymәsini basaraq maşını işә salmaq

lazımdır. Displeydә mәtn mәlumatının dilinin adı çıxacaq. Daha sonra

vә ya düymәlәrini basaraq lazım olan dili seçib, seçimi tәsdiq

etmәk üçün

düymәsinә basmaq lazımdır.

Mәtn mәlumatının seçilmiş dili sonradan maşın işә salınan zaman

yaddaşda saxlanılır.

1.5 SәSLİ SİQNALİZASİYANIN DAYANDIRILMASI

1.5.1 Maşında sәsli siqnalizasiya nәzәrdә tutulmuşdur. Sәsli

siqnal maşının işlәmәyә başlamasını vә işini başa çatdırmasını

müşayiәt edir, elәcә dә bir araya uyğunlaşmayan funksiyalar işә

salındıqda, maşının seçilmiş proqram üzrә işlәdiyi zaman düymәlәr

tәsadüfәn basıldıqda eşidilir.

düymәlәrinin eyni anda basılması vә 3 saniyә әrzindә

saxlanılması ilә nasazlıqlar haqqında mәlumatlandıran siqnallardan

başqa maşının işlәmәsinin sәsli siqnallarının işi dayandırılır (displeydә

«Sn-0» yazısı işıqlanır).

düymәlәri tәkrar basıldıqda sәsli

siqnalizasiya işә düşür (displeydә «Sn-1» yazısı işıqlanır).

1.6 MAŞININ İŞә SALINMASI

1.6.1 düymәsini basaraq maşını işә salın, — displeyin

işıqlandırması işә düşәcәk vә “PAMBIQ” — («ХЛОПОК») proqramı,

60

0

C temperatur, maksimal sıxma sürәti işıqlanacaq (әlavә

funksiyalar indikatorları işıqlanmır).

1.7 PROQRAM SEÇİMİ

1.7.1 Yuma proqramı vә ya düymәsi ilә seçilir.

Displeydә cәdvәl 1.-ә uyğun olaraq proqramların adları vә onlara

müvafiq olan, istehsalçının avtomatik quraşdırdığı әsas parametrlәr

(yuma temperaturunun, sıxma sürәtinin maksimal göstәricilәri, su

vә elektrik enerji sәrfinin göstәricilәri, yumanın müddәti) işıqlanır.

Parametrlәrin göstәricilәri laboratoriya şәraitindә müәyyәn edilmişdir.

Maşının işlәmәsi prosesindә yuma müddәtinin vaxtı, elәcә dә su

vә elektrik enerji sәrfi su kәmәri şәbәkәsindә suyun temperaturu vә

tәzyiqindәn, doldurulmuş paltarın çәkisindәn, mәmulatların parçasının

növündәn, elektrik şәbәkәsindә gәrginliyin miqdarından vә s. asılı

olaraq dәyişә (çoxala vә ya azala) bilәr.

DİQQәT! Yumanın sonuna qalan vaxtın displeydә olan

göstәricisi ilә yumanın faktiki olaraq başa çatması anının üst-

üstә düşmәmәyi yolverilәndir.

1.7.2 Temperatur, sıxma sürәti qiymәtlәri, әlavә funksiyaların

seçimi zamanı elektrik enerji sәrfi vә yuma müddәtinin göstәricilәri

dәyişir.

1.8 TEMPERATUR SEÇİMİ

1.8.1 Temperatur düymәsini basmaqla seçilir. Temperaturun

seçilә bilәcәk qiymәtlәri: SOYUQ (“ХОЛ”), 30

0

С, 40

0

С, 50

0

С, 60

0

С,

70

0

С, 80

0

С, 90

0

С.

1.9 SIXMA SÜRәTİNİN SEÇİMİ

1.9.1 düymәsini basmaqla hәr bir bu yuma proqramı üçün

olan maksimal sıxma sürәtinin aşağı olanını seçmәk olar.

Sıxma sürәtinin seçilә bilәcәk qiymәtlәri — 200 dövr/dәq.

intervalla 0, 400 vә s. maksimal qiymәtә qәdәr dәyişir.

DİQQәT! әsas yuma әmәliyyatları arasında sıxma sürәtlәri

tәnzim edilmir vә seçilmiş proqramdan asılıdır.

DİQQәT! Paltarların baraban daxilindә qeyri-bәrabәr

paylanılması zamanı sıxma sürәti avtomatik olaraq azalır vә ya

sıxma aparılmır.

1.10 әLAVә FUNKSİYANIN SEÇİMİ

1.10.1 Әlavә funksiyanın seçimi üçün

düymәsi basılır.

Daha sonra

vә ya

düymәsi ilә әlavә funksiya indikatoru

seçilir. Displeydә funksiyanın adı vә müvafiq indikator işıqlanmağa

başlayacaq. Funksiyanın seçimini

düymәsi ilә tәsdiq etmәk

lazımdır.

Analoji olaraq digәr әlavә funksiyalar seçilir.

Seçilmiş funksiyanın lәğvi üçün vә ya düymәsi ilә müvafiq

indikatoru seçmәk lazımdır. Daha sonra

düymәsinә basmaq

lazımdır — funksiyanın indikatoru yanıb-sönmәyә başlayacaq vә

funksiya lәğv olunacaq.

Әlavә funksiyaların seçimindәn çıxmaq üçün

düymәsinә

basmaq lazımdır.

1.10.2 “UŞAQLARDAN QORUMA” (“Защита от детей”) ( )

әlavә funksiyası

Bu funksiyanı hәmçinin maşının işlәmә prosesindә vә ya

düymәlәrini eyni anda 3 saniyә әrzindә basaraq seçmәk vә ya

lәğv etmәk olar.

Funksiya seçildikdә, elәcә dә sonradan düymәlәrin hәr hansı biri

basıldıqda displeydә 5 saniyәlik “UŞAQLARDAN QORUMA” (“ЗА-

ЩИТА ОТ ДЕТЕЙ”) yazısı әmәlә gәlir.

DİQQәT! Yuma başa çatdıqda vә ya maşın növbәti dәfә

işә salındıqda “Uşaqlardan qoruma” (“Защита от детей”)

funksiyasını dayandırın — funksiya avtomatik olaraq dayanmır.

1.10.3 “İşә salmanın tәxirә salınması” — ( отложенный старт”)

( ) әlavә funksiyası

Bu funksiya seçilәn zaman displeyin işә salmanın tәxirә salınması

vaxtının indikasiya zonasında şәkil 2.-yә uyğun olaraq «24:Н» yazısı

yanmağa başlayır. vә ya düymәlәri ilә lazımi vaxtı tapşırmaq

lazımdır (göstәricinin dәyişmә intervalı 1 saatdır). Vaxtı tapşırdıqdan

sonra

düymәsini basaraq seçimi tәsdiq etmәk lazımdır.

Ehtiyac olduqda bu funksiyanı lәğv etmәk üçün indikatorunu

seçib, «0:Н» vaxtını qurub

düymәsini basmaq lazımdır.

1.11 PARAMETRLәRİN MAŞININ YADDAŞINDA SAXLANMASI

1.11.1 Yuma parametrlәrinin maşının yaddaşında saxlanılmasına

“PAMBIQ” (“ХЛОПОК”), SiNTETiKA (“СИНТЕТИКА”), ZӘRİF

PARÇALAR (“ДЕЛИКАТНЫЕ ТКАНИ”), YUN (“ШЕРСТЬ”)

proqramlarında (bir variant üzrә) yol verilir. Yumanın seçilmiş

parametrlәrini (temperatur, sıxma sürәti, әlavә funksiyalar) yaddaşda

saxlamaq üçün

düymәsini uzun müddәt (3 saniyә әrzindә)

basaraq saxlamaq lazımdır — displeydә “PROQRAM YADDAŞDA

SAXLANILDI” (“ПРОГРАММА СОХРАНЕНА”) yazısı әmәlә gәlәcәk.

Yaddaşa verilmiş parametrlәrin seçimi üçün lazımi proqramı seçib

düymәsinә basmaq lazımdır — displeydә yumanın әvvәlcәdәn

yaddaşa verilmiş parametrlәri әmәlә gәlәcәk.

1.12 YUMANIN BAŞLANMASI

1.12.1 Maşının seçilmiş proqram üzrә işlәmәyә başlaması

üçün

düymәsini basmaq lazımdır — sәsli siqnal eşidilir, qapının

blokirovka qurğusu işә düşür vә yuma başlayır. Әgәr qapı örtülmәyib

vә ya kip örtülmәyibsә, yuma başlamayacaq, displeydә “QAPINI

ÖRTÜN” (“ЗАКРОЙТЕ ДВЕРЬ”) yazısı әmәlә gәlәcәk.

Әgәr “İşә salmanın tәxirә salınması” (“Отложенный старт”) ( )

funksiyası seçilibsә, displeydә yumanın başlanğıcına qәdәr qalan

vaxtın hesablanması başlayacaqdır.

1.12.2 Maşının işlәdiyi zaman displeydә 10 saniyә intervalla

növbә ilә: yuma proqramının adı (parametrlәri ilә) vә ya maşının

hәmin an yerinә yetirdiyi cari yuma әmәliyyatı (İŞӘ SALMANIN

TӘXİRӘ SALINMASI (ОТЛОЖЕННЫЙ СТАРТ), İLKİN YUMA

Advertising
Эта инструкция подходит к следующим моделям: