Инструкция по эксплуатации АТЛАНТ СМА 60У86 приложение

Страница 16

Advertising
background image

16

AZE

Информация для предварительного ознакомления. Официальной информацией изготовителя не является

1.3.2 İlkin yuma

çox çirkli pambıq parçalardan olan mәmulatlar

üçün nәzәrdә tutulmuşdur.

Bu funksiya seçildikdә mәmulatlar yuyucu vasitә olan suda 30

0

С

temperaturunda әlavә olaraq yuyulur, bu da әsas yuma zamanı çirkin keyfiyyәtli

tәmizlәnmәsini tәmin edir.

1.3.3 İslatma

çox çirkli pambıq parçalardan olan mәmulatlar üçün

nәzәrdә tutulmuşdur. Mәmulatlar 2 saat yuyucu vasitә olan suda (vaxtaşırı

çevirmә ilә) saxlanılır, daha sonra seçilmiş proqrama әsasәn yuyulur. Funksiya

seçilәn zaman eyni zamanda ilkin yuma funksiyası da işә düşür — müvafiq

iki indikator işıq vermәyә başlayır. İslatma ilkin yuma başa çatdıqdan sonra,

islatma indikatoru yanıb-sönmәyә başladıqda yerinә yetirilir.

1.3.4 Bakda su ilә dayanma

zәrif parçalardan olan mәmulatların

yuyulması zamanı parçanın әzilmәsini azaltmaq üçün istifadә edilir.

Bu funksiya seçildikdә axıtma vә son sıxma sikli çıxarılır. Yuma qurtardıqdan

sonra

düymәsinә basmaq lazımdır: su axıdılır vә yuma başa çatır.

1.3.5 Yüngül ütülәmә

parçaların yuma vә sıxma prosesindә

әzilmәsinin azaldılması, ardınca gәlәn ütülәmәnin yüngüllәşdirilmәsi üçün

nәzәrdә tutulmuşdur. Funksiyanın istifadә edilmәsi qoruyucu yuma rejimini vә

yumadan sonra minimal sayda qırışla olan ehtiyatlı sıxmanı tәmin edir.

1.3.6 әlavә durulama

uşaq paltarları, yuyucu vasitәlәrә allergiyası

olan insanlara mәxsus paltarlar, vә ya yuyucu vasitәnin kifayәt qәdәr durulanıb

yuyulmadığı çox yumşaq suda yuma üçün nәzәrdә tutulmuşdur.

Bu funksiya seçildiyi zaman yuma proqramına daha bir durulama әlavә

olunur.

1.3.7 Uşaqlardan qoruma

seçilmiş proqramın uşaqlar tәrәfindәn

tәsadüfәn dәyişdirilmәsinin qarşısını almaq üçün nәzәrdә tutulmuşdur.

Funksiya seçildikdә

düymәsindәn başqa idarәetmә panelinin bütün

düymәlәri bloka girir.

1.3.8 İşә salmanın tәxirә salınması yumanın başlanğıcını müәyyәn

vaxta tәxirә salmağa imkan verir.

1.4 DİSPLEYİN DİLİNİN SEÇİMİ

1.4.1 Maşını ilk dәfә işә saldıqda displeydәki mәtn mәlumatının dilini

seçmәk lazımdır. Displeydәki mәlumat müxtәlif dillәrdә әks oluna bilәr.

Displeyin dilini seçmәk üçün

düymәsini basıb 5 saniyә әrzindә

saxlamaq lazımdır. Daha sonra eyni anda (barmağınızı

düymәsindәn

çәkmәdәn)

düymәsini basaraq maşını işә salmaq lazımdır. Displeydә

mәtn mәlumatının dilinin adı çıxacaq. Daha sonra

vә ya

düymәlәrini

basaraq lazım olan dili seçib, seçimi tәsdiq etmәk üçün

düymәsinә

basmaq lazımdır.

Mәtn mәlumatının seçilmiş dili sonradan maşın işә salınan zaman

yaddaşda saxlanılır.

1.5 SәSLİ SİQNALİZASİYANIN DAYANDIRILMASI

1.5.1 Maşında sәsli siqnalizasiya nәzәrdә tutulmuşdur. Sәsli siqnal

maşının işlәmәyә başlamasını vә işini başa çatdırmasını müşayiәt edir, elәcә dә

bir araya uyğunlaşmayan funksiyalar işә salındıqda, maşının seçilmiş proqram

üzrә işlәdiyi zaman düymәlәr tәsadüfәn basıldıqda eşidilir.

düymәlәrinin eyni anda basılması vә 3 saniyә әrzindә

saxlanılması ilә nasazlıqlar haqqında mәlumatlandıran siqnallardan başqa

maşının işlәmәsinin sәsli siqnallarının işi dayandırılır (displeydә «Sn-0» yazısı

işıqlanır).

düymәlәri tәkrar basıldıqda sәsli siqnalizasiya işә düşür

(displeydә «Sn-1» yazısı işıqlanır).

1.6 MAŞININ İŞә SALINMASI

1.6.1 düymәsini basaraq maşını işә salın, — displeyin işıqlandırması

işә düşәcәk vә “PAMBIQ” – («ХЛОПОК») proqramı, 60

0

C temperatur,

maksimal sıxma sürәti işıqlanacaq (әlavә funksiyalar indikatorları işıqlanmır).

1.7 PROQRAM SEÇİMİ

1.7.1 Yuma proqramı vә ya

düymәsi ilә seçilir.

Displeydә cәdvәl 1.-ә uyğun olaraq proqramların adları vә onlara

müvafiq olan, istehsalçının avtomatik quraşdırdığı әsas parametrlәr (yuma

temperaturunun, sıxma sürәtinin maksimal göstәricilәri, su vә elektrik enerji

sәrfinin göstәricilәri, yumanın müddәti) işıqlanır. Parametrlәrin göstәricilәri

laboratoriya şәraitindә müәyyәn edilmişdir.

Maşının işlәmәsi prosesindә yuma müddәtinin vaxtı, elәcә dә su vә

elektrik enerji sәrfi su kәmәri şәbәkәsindә suyun temperaturu vә tәzyiqindәn,

doldurulmuş paltarın çәkisindәn, mәmulatların parçasının növündәn, elektrik

şәbәkәsindә gәrginliyin miqdarından vә s. asılı olaraq dәyişә (çoxala vә ya

azala) bilәr.

DİQQәT! Yumanın sonuna qalan vaxtın displeydә olan göstәricisi

ilә yumanın faktiki olaraq başa çatması anının üst-üstә düşmәmәyi

yolverilәndir.

1.7.2 Temperatur, sıxma sürәti qiymәtlәri, әlavә funksiyaların seçimi

zamanı elektrik enerji sәrfi vә yuma müddәtinin göstәricilәri dәyişir.

1.8 TEMPERATUR SEÇİMİ

1.8.1 Temperatur

düymәsini basmaqla seçilir. Temperaturun seçilә

bilәcәk qiymәtlәri: SOYUQ (“ХОЛ”), 30

0

С, 40

0

С, 50

0

С, 60

0

С, 70

0

С, 80

0

С,

90

0

С.

1.9 SIXMA SÜRәTİNİN SEÇİMİ

1.9.1

düymәsini basmaqla hәr bir bu yuma proqramı üçün olan

maksimal sıxma sürәtinin aşağı olanını seçmәk olar.

Sıxma sürәtinin seçilә bilәcәk qiymәtlәri — 200 dövr/dәq. intervalla 0,

400 vә s. maksimal qiymәtә qәdәr dәyişir.

DİQQәT! әsas yuma әmәliyyatları arasında sıxma sürәtlәri tәnzim

edilmir vә seçilmiş proqramdan asılıdır.

DİQQәT! Paltarların baraban daxilindә qeyri-bәrabәr paylanılması

zamanı sıxma sürәti avtomatik olaraq azalır vә ya sıxma aparılmır.

1.10 әLAVә FUNKSİYANIN SEÇİMİ

1.10.1 Әlavә funksiyanın seçimi üçün

düymәsi basılır. Daha

sonra

vә ya

düymәsi ilә әlavә funksiya indikatoru seçilir. Displeydә

funksiyanın adı vә müvafiq indikator işıqlanmağa başlayacaq. Funksiyanın

seçimini

düymәsi ilә tәsdiq etmәk lazımdır.

Analoji olaraq digәr әlavә funksiyalar seçilir.

Seçilmiş funksiyanın lәğvi üçün

vә ya

düymәsi ilә müvafiq

indikatoru seçmәk lazımdır. Daha sonra

düymәsinә basmaq lazımdır —

funksiyanın indikatoru yanıb-sönmәyә başlayacaq vә funksiya lәğv olunacaq.

Әlavә funksiyaların seçimindәn çıxmaq üçün

düymәsinә basmaq

lazımdır.

1.10.2 “Uşaqlardan qoruma” (“Защита от детей”) (

) әlavә

funksiyası

Bu funksiyanı hәmçinin maşının işlәmә prosesindә

vә ya

düymәlәrini eyni anda 3 saniyә әrzindә basaraq seçmәk vә ya lәğv etmәk olar.

Funksiya seçildikdә, elәcә dә sonradan düymәlәrin hәr hansı biri

basıldıqda displeydә 5 saniyәlik “UŞAQLARDAN QORUMA” (“ЗАЩИТА ОТ

ДЕТЕЙ”) yazısı әmәlә gәlir.

DİQQәT! Yuma başa çatdıqda vә ya maşın növbәti dәfә işә

salındıqda “Uşaqlardan qoruma” (“Защита от детей”) funksiyasını

dayandırın — funksiya avtomatik olaraq dayanmır.

1.10.3 “İşә salmanın tәxirә salınması” — отложенный старт” ( ) әlavә

funksiyası

Bu funksiya seçilәn zaman displeyin işә salmanın tәxirә salınması vaxtının

indikasiya zonasında şәkil 2.-yә uyğun olaraq «24:Н» yazısı yanmağa başlayır.

vә ya

düymәlәri ilә lazımi vaxtı tapşırmaq lazımdır (göstәricinin dәyişmә

intervalı 1 saatdır). Vaxtı tapşırdıqdan sonra

düymәsini basaraq seçimi

tәsdiq etmәk lazımdır.

Ehtiyac olduqda bu funksiyanı lәğv etmәk üçün

indikatorunu seçib,

«0:Н» vaxtını qurub

düymәsini basmaq lazımdır.

1.11 PARAMETRLәRİN MAŞININ YADDAŞINDA SAXLANMASI

1.11.1 Yuma parametrlәrinin maşının yaddaşında saxlanılmasına

“PAMBIQ” (“ХЛОПОК”), SiNTETiKA (“СИНТЕТИКА”), ZӘRİF PARÇALAR

(“ДЕЛИКАТНЫЕ ТКАНИ”), YUN (“ШЕРСТЬ”) proqramlarında (bir variant

üzrә) yol verilir. Yumanın seçilmiş parametrlәrini (temperatur, sıxma sürәti,

әlavә funksiyalar) yaddaşda saxlamaq üçün

düymәsini uzun müddәt (3

saniyә әrzindә) basaraq saxlamaq lazımdır — displeydә “PROQRAM

YADDAŞDA SAXLANILDI” (“ПРОГРАММА СОХРАНЕНА”) yazısı әmәlә

gәlәcәk.

Yaddaşa verilmiş parametrlәrin seçimi üçün lazımi proqramı seçib

düymәsinә basmaq lazımdır — displeydә yumanın әvvәlcәdәn yaddaşa

verilmiş parametrlәri әmәlә gәlәcәk.

1.12 YUMANIN BAŞLANMASI

1.12.1 Maşının seçilmiş proqram üzrә işlәmәyә başlaması üçün

düymәsini basmaq lazımdır — sәsli siqnal eşidilir, qapının blokirovka qurğusu

işә düşür vә yuma başlayır. Әgәr qapı örtülmәyib vә ya kip örtülmәyibsә,

yuma başlamayacaq, displeydә “QAPINI ÖRTÜN” (“ЗАКРОЙТЕ ДВЕРЬ”)

yazısı әmәlә gәlәcәk.

Әgәr “İşә salmanın tәxirә salınması” (“Отложенный старт”) (

)

funksiyası seçilibsә, displeydә yumanın başlanğıcına qәdәr qalan vaxtın

hesablanması başlayacaqdır.

1.12.2 Yumadan sonra paltarların kraxmallanması üçün maşına 15 l yaxın

su tökülәcәyini nәzәrә alaraq kraxmallama üçün xüsusi vasitәni istehsalçısının

tövsiyәlәrinә әsasәn suda hәll etmәk lazımdır. Lotoku özünüzә tәrәf çәkib,

kraxmallama üçün vasitәni bölmә 2-yә töküb daha sonra lotoku bağlamaq

lazımdır. Dәstәni “DURULAMA” – («ПОЛОСКАНИЕ») proqramına qurub,

ehtiyac olduqda sıxma sürәtini seçib,

düymәsinә basıb proqramı işә

salmaq lazımdır.

DİQQәT! Kraxmallanacaq paltarlara kondisioner vurulma-malıdır.

1.12.3 Maşının işlәdiyi zaman displeydә 10 saniyә intervalla növbә ilә:

yuma proqramının adı (parametrlәri ilә) vә ya maşının hәmin an yerinә yetirdiyi

cari yuma әmәliyyatı (İŞӘ SALMANIN TӘXİRӘ SALINMASI (ОТЛОЖЕН-

НЫЙ СТАРТ), İLKİN YUMA (ПРЕДВАРИТЕЛЬНАЯ СТИРКА), İSLATMA

(ЗАМАЧИВАНИЕ), YUMA (СТИРКА), DURULAMA (ПОЛОСКАНИЕ), SU

İLӘ DAYANMA (ОСТАНОВКА С ВОДОЙ), SIXMA (ОТЖИМ)) işıqlanacaq.

Advertising
Эта инструкция подходит к следующим моделям: